Latviya və Ukrayna Rusiya sərhədində PUA zavodu tikəcək
Latviya və Ukrayna Rusiya sərhədində PUA zavodu tikəcək
Latviya və Ukrayna hərbi sənaye sahəsində əməkdaşlığı genişləndirmək məqsədilə Rusiya sərhədi yaxınlığında pilotsuz uçuş aparatlarının (PUA) istehsalı üzrə birgə zavod yaratmağı planlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrainska Pravda məlumat yayıb.
Məlumata görə, bunu Latviyanın Baş naziri Andris Kulberqs bəyan edib.
Baş nazir bildirib ki, iki ölkə arasında hərbi sənaye sahəsində əməkdaşlığın inkişafı nəzərdə tutulur. Onun sözlərinə görə, plan çərçivəsində Latviya ərazisində, Rusiya sərhədi yaxınlığında pilotsuz uçuş aparatlarının istehsalı ilə məşğul olacaq birgə müəssisənin yaradılması nəzərdə tutulur.
Kulberqs qeyd edib ki, bu layihə Latviya ilə Ukrayna arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək.
11:29 29.06.2026
Oxunuş sayı: 51