Erməni ərikləri ilk dəfə Avropanın böyük ticarət şəbəkələrində satışa çıxarılacaq
Ermənistandan Avropa İttifaqı ölkələrinə göndəriləcək ilk ərik partiyasının yüklənməsinə başlanılıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Hayway Group şirkətinin təsisçisi Artur Levandovski məlumat verib.
Onun sözlərinə görə, ilk ərik partiyası yaxın günlərdə Polşaya göndəriləcək, daha sonra isə Avropa İttifaqının müxtəlif ölkələrindəki istehlakçılara çatdırılacaq.
Levandovski bildirib ki, ilk dəfə olaraq Ermənistan istehsalı olan əriklər on minlərlə mağazanı əhatə edən Avropanın ən iri pərakəndə ticarət şəbəkələrində satışa təqdim ediləcək.
11:10 29.06.2026
Oxunuş sayı: 53