Musar: ABŞ və İsrailin İrana qarşı müharibəsi yanlış qərar idi
Sloveniya Prezidenti Nataşa Pirc Musar ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarını “böyük səhv” adlandırıb. O bildirib ki, ABŞ Prezidenti Donald Trampın da bunu anladığını düşünür.
Crossmedia.az xəbər verir ki, Musar bu fikirləri “Əl-Cəzirə” telekanalına müsahibəsində səsləndirib. Sloveniya lideri Avropanın strateji müstəqilliyini gücləndirməsinin vacibliyini vurğulayaraq, ortaq müdafiə siyasətinin formalaşdırılması və qitənin ABŞ-dən təhlükəsizlik asılılığının azaldılması istiqamətində müzakirələrin başlanmasına çağırıb.
Prezident, həmçinin Qətərin regionda gərginliyin azaldılması, müharibənin dayandırılması və ABŞ ilə İran arasında razılaşmanın əldə olunması istiqamətində vasitəçilik səylərini yüksək qiymətləndirib.
08:59 29.06.2026
Oxunuş sayı: 39