Vuçiç: Serbiya hərbi sığınacaqların qurulmasında İranın təcrübəsindən yararlanacaq
Serbiya pilotsuz uçuş aparatları və digər silah sistemlərinin yerləşdirilməsi üçün yeraltı sığınacaqların yaradılmasında İranın təcrübəsindən istifadə etməyi planlaşdırır.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç açıqlama verib.
Vuçiç bildirib ki, Serbiya bu sahədə İranın ABŞ ilə son münaqişə zamanı tətbiq etdiyi yanaşmanı nümunə götürəcək.
"Biz İranın nümunəsini izləyəcəyik. Onlar bunu çox əsaslı şəkildə həyata keçiriblər – hər şeyi yerin altına köçürüblər. Buraxılış qurğuları yerin səthinə çıxanda və düşmən kəşfiyyatı tərəfindən aşkar edildikdə, yenidən yeraltına çəkilirlər. Onlar ciddi istehsal obyektləri yaradıblar və demək olar ki, hər şey yerin altındadır", – deyə Serbiya Prezidenti vurğulayıb.
23:29 28.06.2026
Oxunuş sayı: 60