Putin Rusiyada benzin qıtlığını etiraf etdi
Rusiyada benzinlə bağlı problemlər davam edir. Ölkə Prezidenti Vladimir Putin yanacaq təminatında çətinliklərin olduğunu etiraf edib.
Crossmedia.az xəbər verir ki, Putinin sözlərinə görə, hazırda benzinin ixracına tam qadağa tətbiq olunub, dizel yanacağının ixracının da qadağan edilməsi məsələsi müzakirə olunur.
"Yanacaqdoldurma məntəqələrində növbələr var və tələb olunan yanacaq markaları hər zaman mövcud olmur", – deyə Rusiya Prezidenti bildirib.
22:34 28.06.2026
Oxunuş sayı: 55