Kir Starmer NATO-nun yeni baş katibi ola bilər
Böyük Britaniyanın baş naziri Kir Starmerin gələcəkdə NATO-nun baş katibi vəzifəsinə namizəd ola biləcəyi iddia edilir.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Observer” nəşri məlumat yayıb.
Məlumata görə, Starmer hazırkı baş nazir postundan ayrıldıqdan sonra Şimali Atlantika Alyansının baş katibliyinə namizədliyini irəli sürməyi planlaşdırır.
Qeyd olunur ki, NATO-nun hazırkı baş katibi vəzifəsinin 2028-ci ildə boşalacağı gözlənilir.
18:50 28.06.2026
Oxunuş sayı: 65