SINKEX təlimlərində unikal hadisə: Yaponiya torpedası ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisini vurdu
ABŞ Hərbi Dəniz Qüvvələrinin istismardan çıxarılmış LPD-10 "Juneau" amfibiya nəqliyyat-dok gəmisi SINKEX təlimləri zamanı Yaponiyanın SS-515 "Jingei" sualtı qayığından buraxılan torpeda ilə vurulub.
Crossmedia.az xəbər verir ki, hadisə Quam adasından təxminən 200 dəniz mili məsafədə baş verib.
Məlumata görə, bu, 30 iyul 1945-ci ildə ABŞ Hərbi Dəniz Qüvvələrinin CA-35 "Indianapolis" ağır kreyserinin batırılmasından sonra Yaponiya torpedasının ABŞ hərbi gəmisini vurduğu ilk hadisə hesab olunur.
Qeyd edək ki, LPD-10 "Juneau" artıq döyüş xidmətindən çıxarılmışdı və SINKEX (gəminin döyüş şəraitinə yaxın şərtlərdə batırılması üzrə təlim) çərçivəsində hədəf gəmi kimi istifadə edilirdi.
22:17 28.06.2026
Oxunuş sayı: 49