ƏƏSMN-in kollektivi Zəfər abidəsini ziyarət edib
27 Sentyabr – Anım Günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) kollektivi Zəfər abidəsini ziyarət edib.
Crossmedia.az xəbər verir ki,bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, abidənin önünə gül dəstələri düzülüb və qəhrəman şəhidlərin əziz xatirəsi ehtiramla anılıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.
17:32 27.09.2026
Oxunuş sayı: 47