Ukrayna PUA istehsalçısının sexi zədələnib
Ukraynanın Silahlı Qüvvələri üçün PUA istehsal edən “Pegasus Arms” şirkətinin istehsalat sexi zədələnib və müəssisə fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə məlumat yayıb.
Şirkətin bildirdiyinə görə, PUA istehsal olunan sexə ciddi ziyan dəyib. İstehsalın nə vaxt bərpa olunacağı hələ məlum deyil.
Məlumata əsasən, sentyabrın 27-nə keçən gecə Rusiya qüvvələri Ukraynada logistika mərkəzləri, liman və nəqliyyat infrastrukturu obyektləri, rabitə mərkəzləri və Ukrayna Silahlı Qüvvələrinin maraqları üçün istifadə olunan dəniz gəmilərinə zərbələr endirib.
Həmçinin “Vodafone” şirkətinin məlumat emalı mərkəzinin də zərbələrə məruz qaldığı bildirilib.
15:10 27.09.2026
Oxunuş sayı: 37