İsraildə iki avtomobil partladı: ölən və yaralananlar var
İsraildə iki ayrı avtomobil partlayışı baş verib, nəticədə ölən və yaralananlar qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.
İlk hadisə səhər saatlarında Yaffa şəhərində qeydə alınıb. Partlayış nəticəsində təxminən 40 yaşlarında bir kişi həlak olub, onun 6 yaşlı oğlu isə yaralanaraq xəstəxanaya yerləşdirilib.
İkinci partlayış isə günorta saatlarında Holon şəhərində baş verib. Hadisə zamanı təxminən 30 yaşlı kişi – avtomobilin sürücüsü ağır yaralanıb və daha sonra xəstəxanada vəfat edib.
18:45 28.06.2026
Oxunuş sayı: 58