Xalq şairi Süleyman Rüstəmin oğlu vəfat etdi
Xalq şairi Süleyman Rüstəmin oğlu, filologiya elmləri namizədi Azad Rüstəmzadə vəfat edib.
Crossmedia.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın müşaviri Rauf Aslanov məlumat verib.
Onun sözlərinə görə, 80 yaşlı Azad Rüstəmzadə bu gün torpağa tapşırılıb.
Qeyd edək ki, Azad Rüstəmzadə 1946-cı ildə anadan olub. O, 1968-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib və ərəb ədəbiyyatı üzrə filologiya elmləri namizədi olub.
Uzun illər Azərbaycan Elmlər Akademiyasında çalışan Azad Rüstəmzadə 1989–2009-cu illərdə Milli Məclisin Beynəlxalq əlaqələr şöbəsində baş məsləhətçi vəzifəsində fəaliyyət göstərib. O, Xalq şairi Süleyman Rüstəmin yeganə övladı idi.
23:59 28.06.2026
Oxunuş sayı: 83