KƏŞ baş katibi: İranın 300 milyard dollarlıq yenidənqurma paketi bizə təqdim edilməyib
Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) baş katibi Casim Əl-Budeyvi İranın 300 milyard dollarlıq yenidənqurma paketi ilə bağlı yayılan iddialara münasibət bildirib.
Crossmedia.az The National nəşrinə istinadən xəbər verir ki, Əl-Budeyvi sözügedən paketin nə ona, nə də KƏŞ-ə üzv dövlətlərə təqdim edildiyini deyib.
Jurnalistin İran tərəfinə bununla bağlı sual ünvanlayıb-ünvanlamadığı barədə sualını cavablandıran KƏŞ baş katibi bildirib: "Əgər bu paket mənə təqdim edilməyibsə, niyə ondan soruşmalıyam?"
Əl-Budeyvi əlavə edib ki, 300 milyard dollarlıq yenidənqurma paketinin mahiyyəti, maliyyə mənbəyi və ondan kimin faydalanacağı barədə KƏŞ-in heç bir məlumatı yoxdur.
23:22 28.06.2026
Oxunuş sayı: 57