Pakistanın Kəraçi şəhərində ordu qərargahına silahlı hücum: Ölən və yaralananlar var
Pakistanın Kəraçi şəhərində yerləşən ordu qərargahına silahlı hücum edilib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində 3 hərbçi həlak olub, 4 nəfər yaralanıb.
Pakistan ordusunun məlumatına görə, hücum edən şəxslərdən 3-ü zərərsizləşdirilib, 1 nəfər isə yaralı vəziyyətdə saxlanılıb.
Məlumata əsasən, hücuma görə məsuliyyəti Pakistan Talibanından ayrılmış "Camaat-ul-Əhrar" qruplaşması öz üzərinə götürüb.
22:58 28.06.2026
Oxunuş sayı: 56