İran Hörmüz boğazı ilə bağlı sərt xəbərdarlıq etdi
İran Xarici İşlər Nazirliyi Hörmüz boğazından təhlükəsiz keçidin Tehranla koordinasiya olmadan təmin edilə bilməyəcəyini bəyan edib.
Crossmedia.az xəbərinə görə, İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi “X” sosial şəbəkəsində paylaşdığı açıqlamada bildirib ki, İran sahilyanı dövlət kimi maraqları nəzərə alınmadan qəbul edilən qərarlar və koordinasiyasız marşrutlar şəraitində Hörmüz boğazından təhlükəsiz keçidə zəmanət verilmir.
Qəribabadi əlavə edib ki, birtərəfli addımlar Hörmüz boğazında gəmi hərəkətinin dayandırılmasına da səbəb ola bilər.
16:13 26.06.2026
Oxunuş sayı: 48