Rusiya–Ukrayna xəttində növbəti əsir mübadiləsi baş tutdu
Rusiya və Ukrayna arasında 160 hərbi əsirin mübadiləsi həyata keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əsirlikdən qaytarılan Rusiya hərbçiləri hazırda Belarusdadır və onlarla ombudsman Tatyana Lantratova işləyir.
Nazirlik həmçinin qeyd edilib ki, hərbçilərin geri qaytarılması prosesində humanitar vasitəçilik missiyasını Birləşmiş Ərəb Əmirlikləri yerinə yetirib.
16:06 26.06.2026
Oxunuş sayı: 51