Lavrov: ABŞ özü təklif verdi, indi isə razılaşmanı inkar edir
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubionun Alyaskada Vladimir Putin və Donald Tramp arasında keçirilən görüşdə hər hansı razılaşmanın əldə olunmadığı barədə bəyanatına münasibət bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Lavrov ABŞ tərəfinin Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Rusiyaya konkret təkliflər təqdim etdiyini və Moskvanın bu təkliflərlə razılaşdığını deyib.
Nazirin sözlərinə görə, bir tərəf – bu halda ABŞ – nizamlanma ilə bağlı təkliflər irəli sürür, digər tərəf isə həmin təklifləri qəbul edirsə, sonradan “heç bir razılaşma olmayıb” demək məntiqə uyğun deyil. O vurğulayıb ki, bu məsələ ilə bağlı vəziyyətə aydınlıq gətirilməlidir.
14:41 26.06.2026
Oxunuş sayı: 42