MDB: Ermənistanın təşkilatdan çıxması gündəmdə deyil
MDB-nin baş katibi Sergey Lebedev bildirib ki, Ermənistanın təşkilatdan mümkün çıxışı ilə bağlı hər hansı müzakirə aparılmır.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Lebedev Ermənistanın səlahiyyətli nümayəndəsinin bu gün Moskvada keçirilən MDB İqtisadi Şurasının iclasında iştirak etdiyini, sənədləri imzaladığını və təşkilatın işində fəal rol aldığını vurğulayıb.
Onun sözlərinə görə, bu faktlar Ermənistanın MDB-dən çıxmasının gündəmdə olmadığına dəlalət edir.
14:38 26.06.2026
Oxunuş sayı: 42