Kremldən Makronun açıqlamalarına sərt reaksiya
Kreml sözçüsü Dmitri Peskov bildirib ki, Fransa prezidenti Emmanuel Makron Ukrayna münaqişəsində ABŞ-in neytral tərəf olub-olmaması ilə bağlı Vaşinqtonun mövqeyini ifadə edə bilməz.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Peskovun sözlərinə görə, Makronun ABŞ adından danışması və ya Vaşinqtonun “vəkili” və “mətbuat katibi” kimi çıxış etməsi doğru deyil.
Onun fikrincə, ABŞ-in Ukrayna münaqişəsindəki rolu ilə bağlı qiymətləndirmələri yalnız Vaşinqtonun özü verməlidir.
14:20 26.06.2026
Oxunuş sayı: 48