Kreml: ABŞ hələ də Ukrayna üzrə vasitəçi ola bilər
Kreml sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya ABŞ-ın Ukrayna münaqişəsinin nizamlanmasına kömək etmək istəyini yüksək qiymətləndirir və indiyədək bu vasitəçilikdən heç kim imtina etməyib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Peskovun sözlərinə görə, Kreml Vaşinqtonun artıq Ukrayna məsələsində neytral vasitəçi olmadığını təsdiqləyən hər hansı rəsmi açıqlama eşitməyib.
O vurğulayıb ki, ABŞ-ın münaqişənin həlli prosesində iştirakı ilə bağlı Moskvanın mövqeyi dəyişməyib.
14:17 26.06.2026
Oxunuş sayı: 55