Rumıniya parlamentində Moldova ilə birləşmə layihəsi növbəti mərhələyə keçib
Rumıniya parlamentinin aşağı palatasında Rumıniya ilə Moldovanın vahid suveren dövlət kimi birləşməsini nəzərdə tutan qanun layihəsi növbəti mərhələyə keçib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, "SOS Romania" partiyasının təqdim etdiyi sənəd "səssiz qəbul" proseduru çərçivəsində təsdiqlənmiş hesab olunub. Bu prosedura əsasən, qanun layihəsi 45 gün ərzində plenar iclasda nə müzakirə, nə də rədd edilərsə, avtomatik qəbul olunmuş sayılır.
Layihədə Rumıniya Parlamentinin Moldova ilə birləşmə barədə qərar qəbul etməsi və hökumətə Kişinyovla bu istiqamətdə dərhal danışıqlara başlamaq səlahiyyətinin verilməsi nəzərdə tutulur.
14:02 26.06.2026
Oxunuş sayı: 45