İranın nüvə obyektələri yenidən beynəlxalq nəzarətə keçə bilər
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi bildirib ki, ABŞ və İran arasında əldə olunan müvəqqəti razılaşma agentlik müfəttişlərinin İranın nüvə obyektlərinə yenidən girişinə imkan yaradacaq.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Qrossi Yaponiyada keçirdiyi mətbuat konfransında razılaşmanın icrası üçün AEBA-nın nüvə obyektlərinə çıxış əldə etməsinin və yoxlamalar aparmasının zəruri olduğunu vurğulayıb.
“Razılaşma var və bu razılaşmaya əməl etmək üçün agentlik giriş imkanına malik olmalı və yoxlama aparmalıdır. Tezliklə orada olacağıq”, – deyə Qrossi bildirib.
Onun açıqlaması İran rəsmilərinin Vaşinqtonla yekun razılaşma əldə olunana və sanksiyalar aradan qaldırılana qədər əsas nüvə obyektlərinin əlçatmaz qalacağını bəyan etməsindən sonra səslənib.
14:11 26.06.2026
Oxunuş sayı: 43