Azərbaycanda toxumçuluqla bağlı ciddi problemlər var
Mövzu ilə bağlı kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov Crossmedia.az-a açıqlama verib:

“Qanun qəbul etməklə
məqsədə nail olmaq mümkün deyil. Əsas məsələ bunu əməli şəkildə həyata keçirməkdir.
Təəssüf ki, bu sahədə ciddi problemlər mövcuddur. Problemlərdən biri də odur
ki, elmi mərkəzlərlə istehsal sahəsi arasında lazımi əlaqə və vəhdət yoxdur. Məsələn,
Azərbaycanda toxumçuluq və seleksiya işi ilə məşğul olan güclü elmi institutlar
fəaliyyət göstərməlidir. Məhz həmin institutların dəstəyi ilə müasir dövrün tələblərinə
cavab verən yüksək məhsuldar toxum sortları yetişdirmək və onları
rayonlaşdırmaq mümkündür. Lakin bu işə ciddi və elmi əsaslarla yanaşmaq
lazımdır. Azərbaycanda toxumçuluqla bağlı ciddi problemlər var. Bu problemlərin
əksəriyyəti toxum emalı ilə məşğul olan müəssisələrin sayının az olması, aralarında
rəqabətin olmamasından qaynaqlanır”.
Ayhan
15:00 26.06.2026
Oxunuş sayı: 40