Hörmüzdə vəziyyət yenidən gərginləşdi: BMT təxliyəni dayandırdı
BMT-nin Beynəlxalq Dəniz Təşkilatı (IMO) Hörmüz boğazında ilişib qalan gəmilər və dənizçilərin təxliyəsi üzrə əməliyyatları müvəqqəti dayandırıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, IMO-nun baş katibi Arsenio Dominqez qərarın Oman körfəzində bu marşrutla hərəkət edən gəmilərdən birinə hücumdan sonra qəbul edildiyini bildirib. Onun sözlərinə görə, gəmiçiliyin təhlükəsizliyini təmin etmək və vəziyyəti qiymətləndirmək məqsədilə təxliyə planı əlavə məlumat əldə olunana qədər dayandırılıb.
Məlumata görə, iyunun 25-də SEPAH Sinqapur bayrağı altında üzən yük gəmisinə hücum edib. Bu hadisə ABŞ və İran arasında əldə olunan razılaşmadan sonra qeydə alınan ilk ciddi insident kimi qiymətləndirilir.
Xatırladaq ki, IMO iyunun 24-də Hörmüz boğazında qalan təxminən 11 min dənizçinin mərhələli təxliyəsinə başlanıldığını açıqlamışdı.
14:06 26.06.2026
Oxunuş sayı: 50