400 milyon dollarlıq ziyan: ABŞ bazasında baş verənlər üzə çıxdı
İranın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin bazasına ciddi ziyan vurub.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" peyk görüntüləri, təsdiqlənmiş videolar və hazırkı, eləcə də keçmiş ABŞ hərbçilərinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, hücum nəticəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının qərargahı, ən azı 12 bina, iki peyk rabitə sistemi, logistika anbarları, kazarmalar, yeməkxana, su çəni, böhran idarəetmə mərkəzi, həmçinin 59-cu Xüsusi Təyinatlı Qüvvələrin, pilotsuz sistemlər və süni intellekt bölməsinin yerləşdiyi kompleks zərər görüb.
WSJ-nin məlumatına əsasən, dəymiş ziyanın aradan qaldırılması təxminən 400 milyon dollara başa gələ bilər. Pentaqon isə indiyədək zərərin miqyası ilə bağlı rəsmi açıqlama verməyib.
13:30 26.06.2026
Oxunuş sayı: 46