Rusiyalı narkoloq: Alkoqol gənclər arasında dəbdən düşüb
Moskvanın baş narkoloqu Yevgeni Masyakin bildirib ki, alkoqol istifadəsi gənclər arasında əvvəlki populyarlığını itirib.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
O, qeyd edib ki, sağlam həyat tərzinin təbliği, eləcə də idman, mədəniyyət və asudə vaxtın səmərəli təşkili üçün geniş imkanların yaranması gənclərin istirahət və rahatlama vasitəsi kimi alkoqola olan ehtiyacını azaldıb.
Masyakinin sözlərinə görə, bu tendensiya gənclərin həyat tərzində müsbət dəyişikliklərin göstəricisidir.
12:43 26.06.2026
Oxunuş sayı: 48