Ermənistanda hakim partiyada Alen Simonyanla bağlı narazılıq var – İDDİA
Ermənistan mətbuatında yayılan məlumatlara görə, hakim "Vətəndaş Müqaviləsi" Partiyasında parlament sədri Alen Simonyandan narazılıq olduğu iddia edilir.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, Ruben Rubinyanın parlament sədri postuna irəli çəkilməsi təsadüfi qərar olmayıb. Bildirilir ki, partiya daxilində bəzi deputatlar Alen Simonyanı klan maraqları ilə hərəkət etməkdə və partiya üzvlərini "öz adamları" və "yadlar" kimi ayırmaqda ittiham edirlər.
Məlumata görə, Alen Simonyana qarşı partiya daxilində uzun müddətdir fəaliyyət aparılıb və bu prosesi deputat Ayk Sarkisyanın əlaqələndirdiyi iddia olunur.
Nəşr yazır ki, Alen Simonyanın tərəfdarları onun Ermənistan prezidenti postuna keçəcəyini istisna etmirlər. Lakin bu məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib.
11:20 26.06.2026
Oxunuş sayı: 47