Makron: ABŞ artıq Rusiya ilə Ukrayna arasında neytral vasitəçi deyil
Fransa Prezidenti Emmanuel Makron ABŞ-nin artıq Rusiya ilə Ukrayna arasında neytral vasitəçi rolunda çıxış etmədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Makronun sözlərinə görə, Vaşinqton ilk dəfə olaraq Ukraynanın ərazi bütövlüyünə dəstək, Kiyevə hərbi və enerji yardımı, eləcə də Rusiyaya qarşı sanksiyaların davam etdirilməsini nəzərdə tutan sənədi dəstəkləyib.
O qeyd edib ki, bu addım ABŞ-nin münaqişə ilə bağlı mövqeyində dəyişiklik olduğunu göstərir.
09:57 26.06.2026
Oxunuş sayı: 45