Rutte: İran heç bir halda nüvə silahına sahib olmamalıdır
NATO-nun baş katibi Mark Rutte ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüşdən sonra İranın nüvə proqramı ilə bağlı açıqlama verib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Rutte bildirib ki, NATO üzvü olan ölkələr İranın nüvə silahı əldə etməsinə qarşı vahid mövqedən çıxış edirlər. Onun sözlərinə görə, İranın nüvə silahına sahib olması regional və qlobal təhlükəsizlik üçün ciddi risk yarada bilər.
"İran heç bir halda nüvə silahına sahib olmamalıdır", – o vurğulayıb.
Rutte əlavə edib ki, görüşdə Ankarada keçiriləcək NATO sammitinə hazırlıq, həmçinin Avropa müttəfiqləri və Kanadanın müdafiə xərclərinin artırılması məsələləri də müzakirə olunub.
09:32 26.06.2026
Oxunuş sayı: 43