Rubio: İrana hələ də radikal ruhanilər rəhbərlik edir
ABŞ dövlət katibi Marko Rubio İranın siyasi rəhbərliyi ilə bağlı sərt açıqlama verib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Rubio bildirib ki, İslam Respublikasında əsas qərarlar hələ də radikal ruhanilər tərəfindən qəbul edilir və ölkənin idarəçiliyinə onların nəzarəti davam edir.
"İslam Respublikasına ruhanilər, daha doğrusu radikal ruhanilər rəhbərlik edir. Onlar həmişə hakimiyyətdə olublar və bu gün də ölkəni idarə edirlər. Biz onları sözlərinə görə deyil, atacaqları addımlara əsasən qiymətləndirəcəyik", – o vurğulayıb.
Rubio əlavə edib ki, İranın siyasi sistemində Vaşinqtonla əməkdaşlığa daha açıq və praqmatik mövqe nümayiş etdirən şəxslər də mövcuddur. Onun sözlərinə görə, hazırda aparılan danışıqlar məhz həmin nümayəndələrlə həyata keçirilir.
09:10 26.06.2026
Oxunuş sayı: 45