Rütte: NATO sammitində böyük müdafiə müqavilələri imzalanacaq
NATO müdafiə sənayesində yeni mərhələyə hazırlaşır.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, NATO-nun baş katibi Mark Rütte Türkiyədə keçiriləcək sammit zamanı çoxsaylı yeni müdafiə sənayesi müqavilələri və sazişlərin imzalanmasının gözlənildiyini bildirib.
Rütte qeyd edib ki, Alyans ərazisində təxminən 3 min Türkiyə müdafiə şirkəti fəaliyyət göstərir. Onun sözlərinə görə, NATO-nun müdafiə imkanlarının gücləndirilməsi həm zəruri addımdır, həm də Rusiyaya mesajdır: “Biz nə etdiyinizi bilirik və bunu sizdən daha yaxşı edirik”.
08:55 26.06.2026
Oxunuş sayı: 45