Aleksandr Pluşenko niyə Azərbaycanı təmsil edəcək? – Rudkovskaya danışdı
Rusiyalı prodüser Yana Rudkovskaya oğlu Aleksandr Pluşenkonun (Qnom Qnomıç) idman karyerasında Azərbaycanı təmsil etməsi ilə bağlı yayılan müzakirələrə münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media yazıb.
Rudkovskaya qeyd edib ki, ailəsi tez-tez Bakıya səfər edir və Azərbaycana xüsusi rəğbət bəsləyir.
“Biz Bakıda çox oluruq. Mən Azərbaycanı çox sevirəm. Həyat yoldaşım da Azərbaycanı çox sevir. Orada çoxlu şoularımız və buz tamaşalarımız keçirilir”, – o bildirib.
Rudkovskayanın sözlərinə görə, oğlunun hansı ölkəni təmsil edəcəyinə dair qərarı şəxsən özü verib.
Qeyd edək ki, Aleksandr Pluşenkonun Azərbaycan bayrağı altında çıxış edəcəyi ilə bağlı məlumatlar son günlər geniş müzakirələrə səbəb olub.
21:05 25.06.2026
Oxunuş sayı: 43