Mbappe dünya çempionatları tarixində ikinci pilləyə yüksəlib
Fransa millisinin hücumçusu Kilian Mbappe İraq yığmasına qarşı keçirilən dünya çempionatı oyununda iki qol vuraraq tarixi nailiyyətə imza atıb.
Crossmedia.az TASS-a istinadən bildirir ki, Mbappe dünya çempionatlarının final mərhələlərində vurduğu qolların sayını 16-ya çatdırıb və turnirin bombardirləri siyahısında ikinci pilləyə yüksəlib.
Hazırda siyahıya Argentina millisinin futbolçusu Lionel Messi 18 qolla başçılıq edir. Mbappe isə 16 qolla ona ən yaxın izləyicidir.
Qeyd edək ki, fransalı futbolçu İraqla oyunda dubla imza ataraq bu göstəriciyə nail olub.
06:34 23.06.2026
Oxunuş sayı: 57