Ermənistanda internetin Bakı üzərindən ötürülməsi gündəm oldu
Ermənistanda internet trafikinin Bakı üzərindən marşrutlaşdırılması ilə bağlı müzakirələr davam edir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, “İnternet Cəmiyyəti” QHT-nin idarə heyətinin sədri Qriqor Saqyan Team Telecom Armenia rəhbəri Aleksandr Yesayanın vaxtilə Ermənistan internet trafikinin Bakı üzərindən yönləndirilməsinə qarşı çıxdığını xatırladıb. Ekspertin sözlərinə görə, həmin dövrdə ya bu məsələyə dair şübhələr mövcud olub, ya da siyasi yanaşma fərqli olub.
Saqyan bildirib ki, əvvəllər trafikin Azərbaycan üzərindən ötürülməsi ilə bağlı qərarları əsasən Gürcüstanın tranzit şirkətləri verirdi. O əlavə edib ki, bu marşrut Azərbaycan magistral provayderlərinin qlobal mübadilə nöqtələrinə birbaşa çıxışı və Xəzər istiqamətində yüksək rəqabət səbəbindən daha ucuz başa gəlir. Ekspert hesab edir ki, adi istifadəçilərin narahat olması üçün əsas yoxdur və əlavə məxfilik istəyənlər elektron məktublar üçün şifrələmə vasitələrindən istifadə edə bilərlər.
22:53 22.06.2026
Oxunuş sayı: 65