Çimərlik futbolu üzrə Azərbaycan millisinin seçmə mərhələdəki rəqibləri bəlli olub
Çimərlik futbolu üzrə Azərbaycan millisinin Gürcüstanın Batumi şəhərində keçiriləcək Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub.
Crossmedia.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Komanda B Liqasının B qrupunda Latviya, İngiltərə və Slovakiya ilə üz-üzə gələcək.
A qrupunda isə Gürcüstan, Rumıniya, Malta və Norveç komandaları yarışacaqlar. Qrup qalibləri həm B Liqasının ən güclüsünü müəyyənləşdirmək üçün qarşılaşacaqlar, həm də A Liqasına vəsiqə qazanacaqlar.
Xatırladaq ki, turnir iyulun 15-17-si aralığında baş tutacaq.
17:20 22.06.2026
Oxunuş sayı: 43