Azərbaycan millisi Parisdə futbol üzrə Dünya Kubokunda iştirak edəcək
Azərbaycan Xüsusi Olimpiya Komitəsinin qadınlardan ibarət "Birləşmiş Futbol" (Unified Football) yığması Fransanın paytaxtı Parisdə "Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku Paris 2026"da ölkəni təmsil edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə komitədən məlumat verilib.
Azərbaycan təmsilçisi B qrupunda Namibiya, ABŞ və Qvatemala ilə mübarizə aparacaq.
11 nəfərlik heyət ölkə daxilində həyata keçirilən xüsusi olimpiya idman proqramları çərçivəsində formalaşdırılıb. Turnirə hazırlıq çərçivəsində komanda üçün yekun təlim-məşq toplanışı təşkil edilib.
Turnirin açılış oyunu Fransa və Seneqal komandaları arasında keçiriləcək. Final qarşılaşmaları isə iyulun 11-də Parisdə yerləşən "Stade Charlety" stadionunda baş tutacaq.
Qeyd edək ki, iyulun 6–11-də təşkil olunacaq turnirdə ümumilikdə 24 (12 kişi və 12 qadın seçməsi) komanda iştirak edəcək. Oyunlar 7x7 formatında keçiriləcək. Bu, Xüsusi Olimpiya hərəkatının ən mühüm beynəlxalq yarışlarından biri hesab olunur.
16:05 22.06.2026
Oxunuş sayı: 43