Vaşinqton və Tehran yekun saziş üçün ilk addımı atdı
ABŞ və İran yekun razılaşmaya nail olmaq üçün yol xəritəsi üzrə razılığa gəlib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qətər və Pakistanın birgə bəyanatında bildirilib ki, vasitəçilik prosesinə siyasi nəzarəti həyata keçirəcək yüksək səviyyəli komitə 60 gün ərzində yekun sazişin əldə olunmasını nəzərdə tutan yol xəritəsini təsdiqləyib.
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, tərəflər İranın neft və neft-kimya məhsullarının ixracına qoyulan məhdudiyyətlərin, eləcə də İran limanlarına tətbiq edilən blokadanın aradan qaldırılması barədə razılığa gəliblər.
Onun sözlərinə görə, İranın dondurulmuş aktivlərinin bir hissəsinin blokdan çıxarılması təmin edilib. Eyni zamanda, ölkənin bərpası və inkişafı üçün genişmiqyaslı planın icrasına başlanılıb.
10:57 22.06.2026
Oxunuş sayı: 62