Pakistan və Qətər ABŞ–İran danışıqları ilə bağlı birgə bəyanat yayıb
Pakistan və Qatar vasitəçilərin iştirakı ilə keçirilən ABŞ və İran arasında aparılan danışıqların ilk mərhələsinin yekununa dair birgə bəyanat yayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bəyanata əsasən, tərəflər danışıqlar prosesinin koordinasiyası üçün yüksək səviyyəli komitənin yaradılması barədə razılığa gəlib. Həmin komitə danışıqlara rəhbərlik edən nümayəndə heyətlərinin hesabatlarını qəbul edəcək.
Sənəddə qeyd olunur ki, ABŞ və İran arasında yekun sazişin hazırlanması üçün yol xəritəsi müəyyən edilib və tərəflər arasında birbaşa kommunikasiya kanalı yaradılıb.
Eyni zamanda, texniki qrupların həftənin sonunadək Bürgenstok şəhərində bir sıra məsələlər üzrə məsləhətləşmələri davam etdirəcəyi bildirilir.
Bəyanata görə, nümayəndələr münaqişələrin həlli üzrə xüsusi qrupun yaradılmasına da razılaşıblar. Bu qrupun vəzifələrinə Livanda atəşkəsin təmin olunmasına dair tədbirlər də daxildir.
07:34 22.06.2026
Oxunuş sayı: 77