ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının xərci 40 milyard dollar olub
ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının ümumi dəyərinin təxminən 40 milyard dollar olduğu bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Məlumata görə, münaqişənin ilk 100 saatı ABŞ üçün təxminən 3,7 milyard dollara başa gəlib. Daha sonra əməliyyatların intensivliyinin azalması ilə gündəlik xərclərin də azaldığı qeyd olunur.
Hesabatda bildirilir ki, döyüşlərin gedişində zərbələrin sayının azalması xərclərə birbaşa təsir göstərib və ümumi məbləğ mərhələli şəkildə formalaşıb.
07:17 22.06.2026
Oxunuş sayı: 52