Bakı, Sumqayıt və Abşeronda pensiyalar bu tarixdə veriləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin iyunun 12-də həyata keçirilməsi nəzərdə tutulur.
Crossmedia.az xəbər verir ki, pensiya ödənişləri vətəndaşların hesablarına həmin tarixdə köçürüləcək. Vətəndaşlar vəsaitlərini bank kartları vasitəsilə əldə edə biləcəklər.
11:12 07.06.2026
Oxunuş sayı: 65