ABŞ-nin Ukraynaya 400 milyon dollarlıq yardım planı niyə gecikir?
ABŞ Ukraynaya 400 milyon dollar həcmində hərbi yardım paketi ilə bağlı qərar qəbul etməyə hazırlaşır.
Crossmedia.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, sözügedən maliyyə paketi ABŞ qanunvericiləri tərəfindən əvvəlcədən təsdiqlənsə də, onun icrası Müdafiə Nazirliyi səviyyəsində ləngiyib.
ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, yardımın maliyyələşdirilməsi ilə bağlı yeniliklər “yaxın zamanda” açıqlanacaq. O, gecikmənin səbəbləri və dəqiq müddət barədə əlavə məlumat verməyib.
17:16 04.06.2026
Oxunuş sayı: 59