Livan və İsrail atəşkəs rejiminə əməl olunması barədə razılığa gəlib
Livan və İsrail ABŞ-da keçirilən danışıqlar zamanı atəşkəs rejiminə riayət olunması ilə bağlı razılıq əldə ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Məlumata görə, atəşkəsin qüvvədə qalması "Hizbullah"ın atəşi tam dayandırmasından və təşkilatın bütün döyüşçülərinin Litani çayının cənubunda yerləşən ərazilərdən çıxarılmasından asılı olacaq.
Tərəflər həmçinin yalnız Livan Silahlı Qüvvələrinin nəzarəti altında olacaq xüsusi zonaların yaradılması barədə razılığa gəliblər.
16:02 04.06.2026
Oxunuş sayı: 57