İranla müharibə ABŞ-nin neft ehtiyatlarını 20 ilin minimumuna endirib
İranla müharibə fonunda ABŞ-nin neft ehtiyatları son 20 ilin ən aşağı səviyyəsinə düşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.
Qəzetin yazdığına görə, ABŞ Prezidenti Donald Tramp administrasiyası enerji qiymətlərində kəskin artımın qarşısını almaq üçün strateji və kommersiya neft ehtiyatlarından geniş istifadə edir. Eyni zamanda, Yaxın Şərqdən neft tədarükünün azalması digər ixracatçılar üçün əlavə imkanlar yaradıb.
ABŞ hökumətinin açıqladığı son rəqəmlərə əsasən, xam neft və neft məhsulları da daxil olmaqla ümumi ehtiyatlar ötən həftə 10,6 milyon barel azalaraq 1,57 milyard barelə düşüb. Bu göstərici 2004-cü ildən bəri ən aşağı səviyyə kimi qeydə alınıb.
“Financial Times” nəşri qeyd edir ki, bazarlarda yaranan vəziyyət enerji təhlükəsizliyi ilə bağlı narahatlıqları artırır və qlobal neft bazarında qeyri-müəyyənliyi gücləndirir.
18:24 04.06.2026
Oxunuş sayı: 50