SEPAH Küveyt hava limanına hücum görüntülərini “saxta” adlandırıb
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveyt beynəlxalq hava limanına dron hücumunu əks etdirdiyi iddia olunan görüntülərin həqiqəti əks etdirmədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, SEPAH-a yaxın “Tasnim News” agentliyi bu barədə məlumat yayıb.
Məlumata görə, yayılan videolarda hadisənin gündüz saatlarında görünməsi səbəbindən görüntülərin real əməliyyatı əks etdirmədiyi iddia olunur.
Anonim hərbi mənbəyə istinadən bildirilib ki, SEPAH-ın Küveytdəki ABŞ hədəflərinə qarşı həyata keçirdiyi dron əməliyyatı gecə saatlarında baş verib və hədəfin hava limanından 40 kilometrdən çox uzaqda yerləşdiyi qeyd olunub.
Mənbə, həmçinin iddia edib ki, mediada yayılan görüntülər fərqli hadisəyə aiddir və real əməliyyatla əlaqəsi yoxdur.
Qeyd edək ki, SEPAH daha əvvəl də Küveyt hava limanının 1-ci terminalında baş verən ziyanın İran hücumu deyil, ABŞ hava hücumundan müdafiə sistemlərinin raketləri nəticəsində yarandığını açıqlamışdı.
18:32 04.06.2026
Oxunuş sayı: 50