Rusiya üzərində gecə ərzində 272 Ukrayna PUA-sı vurulub
Rusiya regionları üzərində gecə ərzində 272 Ukrayna pilotsuz uçuş aparatı (PUA) məhv edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, pilotsuz uçuş aparatları ölkənin müxtəlif regionları üzərində hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.
16:26 04.06.2026
Oxunuş sayı: 58