Rusiya ayda 100 ballistik raket buraxa bilər
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiyanın raket istehsalını yüksək səviyyədə davam etdirdiyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Rusiya 2026-cı il ərzində “İsgəndər” operativ-taktiki raket kompleksləri üçün 700-ə qədər raket istehsal etməyi planlaşdırır. Bu göstəricinin ötən ilin səviyyəsinə yaxın olduğu qeyd edilir.
Kəşfiyyatın məlumatında həmçinin vurğulanır ki, Rusiyanın quru hədəflərinə zərbələr endirmək üçün istifadə etdiyi S-300 və S-400 kompleksləri üçün raketlərin istehsalı iki dəfədən çox artıb.
Bundan əlavə, Moskvanın 2026-cı ildə 60-a qədər “Kinjal” hipersəs raketi əldə etməyi nəzərdə tutduğu bildirilir.
Məlumata əsasən, mövcud istehsal tempini nəzərə alaraq Rusiya hər ay 100-ə qədər ballistik raketdən istifadə etmək və eyni zamanda öz raket ehtiyatlarını sabit səviyyədə saxlamaq imkanına malikdir.
15:50 04.06.2026
Oxunuş sayı: 60