MTN generalı vəfat edib
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Kadrlar Baş İdarəsinin sabiq rəisi, general-mayor Əlimusa Əliyev vəfat edib.
Crossmedia.az xəbər verir ki, general-mayor 71 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Əlimusa Əliyev ləğv edilmiş MTN-nin rəisi Eldar Mahmudovun sağ əli kimi tanınıb. 2016-cı ildə barəsində rüşvət iddiaları yayılan general bütün ittihamları təkzib etmişdi.
Mərhum bu gün torpağa tapşırılacaq. (Qafqazinfo)
15:10 01.06.2026
Oxunuş sayı: 52