Cəlilabadda körpənin üzərinə qaynar su tökülüb
Cəlilabadda üzərinə qaynar su tökülən körpə yanıq xəsarətləri alıb.
Crossmedia.az xəbər verir ki, Alar kənd sakini 2025-ci il təvəllüdlü Əli İzzət oğlu Quluzadənin üzərinə yaşadığı evdə qaynar su tökülüb.
Xəstəxanaya yerləşdirilmiş Ə.Quluzadənin vəziyyəti orta-ağırdır.
Araşdırmalar aparılır.
12:27 01.06.2026
Oxunuş sayı: 58