Zelenski: Qışdan əvvəl diplomatiya yolu tapılmalıdır
Ukrayna prezidenti Volodimir Zelenski növbəti qışa qədər münaqişənin həlli üçün diplomatik yolun tapılmasının vacibliyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Onun sözlərinə görə, tərəflər danışıqlar masasına əyləşməli və müharibənin dayandırılması üçün siyasi həll üzərində işləməlidirlər.
Xatırladaq ki, bundan əvvəl yayılan məlumatlarda Zelenskinin müharibənin aktiv mərhələsinin bu ilin noyabrına qədər başa çatacağına ümid etdiyi qeyd olunub.
23:30 31.05.2026
Oxunuş sayı: 61