Trampdan İrana sərt açıqlama: Ya razılaşma, ya da hərbi yol
ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində İranla bağlı sərt mesaj verib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Tramp bildirib ki, ABŞ-nin İranla bağlı mövqeyi dəyişməyib və məsələnin iki yolu var: ya razılaşma əldə olunacaq, ya da problem hərbi yolla həll ediləcək.
O, İranın nüvə proqramı ilə bağlı mövqeyində dəyişiklik olduğunu da deyib. Trampın sözlərinə görə, əvvəllər İran yalnız nüvə silahı hazırlamadığını bildirirdi. İndi isə rəsmi Tehran hərbi məqsədli nüvə silahı istehsal etməyəcəyini vurğulayır.
Qeyd edək ki, Tramp bu dəyişiklikləri “önəmli fərq” kimi qiymətləndirib.
21:55 31.05.2026
Oxunuş sayı: 45