İranda Xameneyinin dəfn mərasiminə hazırlıqlar başlayıb
İranda ABŞ və İsrailin hücumları zamanı həlak olduğu bildirilən keçmiş ali rəhbər Ayətullah Əli Xameneyinin dəfn mərasiminə hazırlıqlara başlanılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, müharibə şəraiti səbəbindən aylarla təxirə salınan mərasimin təşkili üçün xüsusi koordinasiya mərkəzi yaradılıb. Rəsmilər mərasimdə ölkə daxilindən və xaricdən çoxsaylı şəxslərin iştirakının gözlənildiyini bildirirlər.
Tehran İslam Təbliğat Koordinasiya Şurasının sədri Möhsün Mahmudi qeyd edib ki, dəfn mərasiminin təşkili məqsədilə dövlət qurumları arasında koordinasiya təmin olunur.
“Dəfn mərasiminə hazırlıqları idarə etmək üçün xüsusi mərkəz yaradılıb. Müxtəlif qurumlar hazırlıq və planlaşdırma işlərini davam etdirirlər”, – deyə Mahmudi bildirib.
21:44 31.05.2026
Oxunuş sayı: 49